MN: Azərbaycan Ordusu Ermənistanın Zod istiqamətindəki mövqelərini atəşə tutmayıb

      MN:    Azərbaycan Ordusu Ermənistanın Zod istiqamətindəki mövqelərini atəşə tutmayıb
  17 May 2023    Oxunub:1344
Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür”, - MN-in məlumatında deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti