"Ermənistan sülh istəyirsə, nə üçün 100 milyonlarla dollar dəyərində silah alır"
Azərbaycan Prezidenti, eyni zamanda, vurğuladı ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


