Fazil Mustafanın qolunun sarğısı açıldı - VİDEO
"Nəhayət, Allaha şükürlər olsun ki, qolumuz açıldı. İnşallah yolumuz da açılacaq! Həkimlərimiz var olsun. Dualarını əsirgəməyən insanlarımız var olsun. Düşmənlərimizi də Allah islah etsin. Ay yarım sonra ilk dəfə idi ki, namazı da qaydalara uyğun qılmağa başladım. Ayaqlarım məni mahcub etmədi. Qolumun reabilitasiya prosesi də davam edəcək, ümidim var ki, siyasi həyata qayıtdığım kimi, futbol, basketbol sahələrinə də qayıtmaq mümkün olacaq. Yenidən mübarizənin ön sıralarında olmalıyıq və olacağıq! Allah millətimizi və dövlətimizi qorusun!"
Qeyd edək ki, deputat martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında silahlı hücuma m əruz qalıb. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


