Azərbaycanlı alpinist Makalu zirvəsində - FOTOLAR

   Azərbaycanlı alpinist Makalu zirvəsində -    FOTOLAR
  19 May 2023    Oxunub:1425
Everesti və şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı Nepalda yerləşən Makalu zirvəsini fəth edərək bayrağımızı dalğalandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Hündürlüyü 8 485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir və səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i burada uğur qazana bilir.

Bu, İsrafil Aşurlının fəth etdiyi sayca 6-cı səkkiz minlik zirvədir.



AzVision.az


Teqlər: Alpinist  



Xəbər lenti