Bu il regionlarda ürək-damar cərrahiyyəsi şöbələri yaradılacaq

   Bu il regionlarda ürək-damar cərrahiyyəsi şöbələri yaradılacaq
  20 May 2023    Oxunub:1195
Azərbaycanda bölgələrdə ürək-damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb.
AzVision.az xəbır verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. O bildirib ki, regionlarda ürək-damar cərrahiyyəsi şöbəsi yaradılır:

"Artıq Lənkəranda bu şöbə açılıb. İlin sonuna qədər digər bölgələrdə də açılacaq".

Qeyd edək ki, 19-21 may tarixlərində "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir. Ayın 19-u konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa da təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti