Azərbaycanda ürək-damar xəstəlikləri çox cavanlaşıb" - TƏBİB sədri
O bildirib ki, bu, TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə özünü göstərir.
"0-17 yaş arasında olanlardan həkim-kardioloqlara 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76 109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupunda olanlardan isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər müraciət daxil olub. Hər il dünyada 18 milyon ölüm kardioloji xəstəliklər səbəbindən baş verir".
Qeyd edək ki, 19-21 may tarixlərində "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir. Ayın 19-u konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa da təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


