Bakıda yanğın - 17 nəfər təxliyə edildi+ VİDEO
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasındakı elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, tüstü dolmuş binadan sakinlərin təxliyəsi həyata keçirilib.
Yanğın nəticəsində doqquzmərtəbəli binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində divara quraşdırılmış elektrik lövhəsi və 4p.m. giriş-çıxış kabeli yanıb.
Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla, 17 nəfər bina sakini təxliyə edilib.
AzVision.az
Teqlər: Yanğın







Vaxtında, Aydın, Lazımlı!


