Özünü qatarın altına atıb intihar etdi

   Özünü qatarın altına atıb intihar etdi
  23 May 2023    Oxunub:1050
Bir nəfər naməlum şəxs özünü dəmir yolu relslərinin üzərinə ataraq intihar edib.
AzVision.az xəbər verir ki, hadisə bu gün saat 11:50 radələrində qeydə alınıb. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə aidiyyəti üzrə araşdırılır.
AzVision.az


Teqlər: İntihar  



Xəbər lenti