Böyük Britaniyanın müdafiə naziri Kiyevə gedib

   Böyük Britaniyanın müdafiə naziri Kiyevə gedib
  24 May 2023    Oxunub:1076
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə elan olunmamış səfər edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.
"Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ben Uolles Ukrayna hərbçilərinin Böyük Britaniyada təlimlərinin davam etdirilməsi məsələlərini müzakirə ediblər", - nazirliyin açıqlamasında deyilir.

Reznikov bildirib ki, nazirlər Böyük Britaniyada təlim keçmiş və artıq “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərdən istifadə edən pilotlarla görüşüblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kiyev  



Xəbər lenti