Yoqurtun içində həbsxanaya narkotika apardı

   Yoqurtun içində həbsxanaya narkotika apardı
  24 May 2023    Oxunub:995
Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətdən " AzVision.az -a verilən məlumata görə, məhkum Abasqulu Namazova tanışı Tamerlan Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə metamfetamin, marixuana, heroin və metadon aşkar olunub

Faktla bağlı araşdırma aparılır.
AzVision.az


Teqlər: Narkotika  



Xəbər lenti