Müdafiə naziri Gürcüstana gedib

Müdafiə naziri Gürcüstana gedib
  26 May 2023    Oxunub:961
Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.

AzVision.az


Teqlər:



Xəbər lenti