Bakıdakı Narkoloji Mərkəzdə açıq bazar: Rüşvət görüntüləri - VİDEO

   Bakıdakı Narkoloji Mərkəzdə açıq bazar:    Rüşvət görüntüləri - VİDEO
  26 May 2023    Oxunub:1241
Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.
Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb. Məlum olub ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı Baku TV-nin süjetində:


AzVision.az



Teqlər: Rüşvət  



Xəbər lenti