Sudan qanunsuz istifadə edən rayonlar: Binəqədi, Suraxanı...

   Sudan qanunsuz istifadə edən rayonlar:    Binəqədi, Suraxanı...
  26 May 2023    Oxunub:1263
Su şəbəkəsinə qanunsuz qoşulma əsasən Bakıətrafı qəsəbələrdə Sabunçu, Binəqədi, Suraxanı və Bağlar massivində qeydə alınır.
AzVision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin elektron idarəetmə və müştəri xidmətlərinin departamentinin rəis müavini Cabbar Cabbarlı deyib. Onun sözlərinə görə, bu, əsasən həmin ərazidə vahid şəbəkənin olmaması ilə bağlıdır:

"Əhali sektorunda həyət evlərində qanunsuz qoşulma daha çox müşahidə edilir. Şəhər ətrafı zonalarda isə qeyri- əhali abonentlərində özbaşına şəbəkəyə qoşulma aşkarlanır".

C. Cabbarlı qeyd edib ki, sudan istifadəyə kənar müdaxilələrə şərait yaradan 200 işçi cəzalandırılıb. Kənar müdaxilələr əsasən maklerlər tərəfindən tikilən həyət evlərində müşahidə edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Su  



Xəbər lenti