Xaçmazda bir gündə 4 nəfəri it dişlədi

   Xaçmazda bir gündə 4 nəfəri it dişlədi
  01 İyun 2023    Oxunub:1150
Xaçmaz rayonunda 4 nəfər itlərin hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, Xaçmaz rayon Qaraçay-Cek kəndində itlərin hücumu nəticəsində xəsarət alan 4 nəfər (3 - ü qadın cinsi, 1-i kişi cinsi) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə müraciət edib.

TƏBİB-dən bildirilib ki, müraciət edən şəxlərin hər birinə zəruri tibb yardım göstərilib: "Onlara quduzluq əleyhinə peyvənd vurulub və ambulator müalicə üçün evə buraxılıb".

Aytən Zəhra
AzVision.az



Teqlər: Xaçmaz   İt  



Xəbər lenti