İtkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapıldı

   İtkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapıldı
  02 İyun 2023    Oxunub:1171
Mayın 25-də itkin düşmüş 1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti