Milli Qəhrəman adından imtina edən qazi
Qeyd edək ki, Asif Məmmədov 1954-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində müəllim ailəsində doğulub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, daha sonra Polis Akademiyasında təhsil alıb. Sahə inspektoru kimi xidmətə başlayıb və Şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsinədək yüksəlib. Həmkarımız 2010-cu ildə xidmətdə olmanın son yaş həddi ilə təqaüdə çıxıb, 2022-ci ildə isə dünyasını dəyişib.
I Qarabağ müharibəsi veteranı olmasına, həmin savaşda göstərdiyi şücaətlərə rəğmən, torpaqlar işğaldan azad olunmadığı üçün Milli Qəhrəman adından imtina edib.
O, Füzuli polisinin keçdiyi döyüş yolu haqqında 2003-cü ildə dərc edilən “Ərgünəşin ər oğulları” adlı kitabın redaktoru olub. Vətənpərvərlik estafetini və onun xidmət yolunu bu gün oğlu davam etdirir. Yasamal RPİ 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Azər Məmmədzadə xatirələrini bölüşərkən qeyd etdi ki, torpaqlarımızın işğaldan azad edilməsi atasının ən böyük arzusu idi, o da həyata keçdi.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


