Qərb bölgəsində güclü külək əsir, leysan yağış və dolu yağır

Qərb bölgəsində güclü külək əsir, leysan yağış və dolu yağır
  03 İyun 2023    Oxunub:1145
Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi rayonlarda leysan yağış və dolu yağır.
AzVision.az xəbər verir ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarında güclü küləklə müşahidə olunan yağış yağıb.

Bir neçə kəndlərə dolu düşüb. Küləkli hava səbəbindən Qazax və digər rayonların bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bundan başqa, Şəmkirdə də elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə güclü ildırım da çaxır. Küləkli hava şəraiti həmçinin Gəncə şəhərində də müşahidə olunur.

Əsən güclü külək səbəbindən Bakı-Qazax magistral yolunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb.

Bölgədə qeyri sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı adiəti qurumlar və idarələr tərəfindən araşdırılır.

AzVision.az



Teqlər: Külək   Yağış   Dolu  





Xəbər lenti