"Yüksəliş" imtahanlarında qayda pozuntusu qeydə alınmayıb"

  "Yüksəliş" imtahanlarında qayda pozuntusu qeydə alınmayıb"
  10 İyun 2023    Oxunub:1232
"İmtahan başlayandan bu saatlara qədər hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, iki saatdan sonra nəticələr məlum olacaq:
"İştirakçıların nəticələri şəxsi kabinətində yerləşdiriləcək. Artıq biz biləcəyik ki, sabahkı imtahanda kiçlər iştirak etmə hüququ qazanacaq".

O qeyd edib ki, imtahanın əyani mərhələnin İdarəetmə bacarıqları üzrə imtahanına isə yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq:

"İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunacaq. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılacaq".

Qeyd edək ki, imtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələr ilə bağlı müvafiq hesabat göndəriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti