Türkiyənin yeni energetika və təbii sərvətlər naziri Bakıya gəlib
Qeyd olunub ki, görüşdə Mikayıl Cabbarov Alparslan Bayraktarı energetika naziri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb.
Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq
AzVision.az
Teqlər: Azərbaycan Türkiyə Səfər







Vaxtında, Aydın, Lazımlı!


