Aİ səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Aİ səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib
  11 İyun 2023    Oxunub:957
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana təşəkkür edib.
AzVision.az xəbər verir ki, bu barədə səfir özünün "Twitter" səhifəsində yazıb.

"Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana dərin minnətdarlığımı bildirirəm! Bu, dəhşətli cinayətin nəticələri, Kaxovka bəndinin dağıdılması ilə mübarizəyə kömək edir", - deyə səfir bildirib.

Xatırladaq ki, iyunun 9-da Azərbaycandan növbəti dəfə Ukraynaya humanitar yardım yola salınıb.

Humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub.

Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarət olub.

Eyni zamanda, Ukraynaya xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulmuş 20 ton yanacaq da göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti