Taksilərlə bağlı cərimələr müəyyənləşdi

      Taksilərlə bağlı cərimələr müəyyənləşdi
  12 İyun 2023    Oxunub:975
Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.

Eyni zamanda Azərbaycanda taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər cərimələnəcək. Dəyişikliklə taksi sifarişi operatorlar tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasina, yəni:

- "Fərdi məlumatlar haqqında" qanuna uygun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatlanın mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;

- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən malumatların, o cümlədən sürücünün və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə vəzifəli şəxslər 10 500 manat məbləğində, hüquqi şəxslər isə 20 000 manat məbləğində cərimə ediləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti