Səbəbi çox sadədir - planetimizin "ağ ciyəri" hesab olunan Amazon meşələri . Sahara ilə Amazon arasında böyük bir okean olmasına baxmayaraq, onlar arasında ciddi bir asılılıq mövcuddur. Belə ki, Saharada temperaturun aşağı düşməsi və burada yağıntıların çoxalması okean siklonlarının yaranmasına və Amazon meşələrinin məhv olmasına yol açar.
Bir sözlə, meşəliklər səhralaşar. Araşdırmalar göstərir ki Saharanın isti və yağıntısız olması Amazon meşələrinin mövcudluğunu qorumasına birbaşa təsir edir.
Üstəlik, asılılıq təkcə bununla bitmir. Nasanın kosmik peyklərinin araşdırmaları sübut edib ki, hər il milyonlarla ton Sahara qumu küləklər vasitəsilə Amazon meşələrinə sovrulur. Qumun tərkibində olan faydalı fosfor Amazon meşələrinin gübrələnməsinə xidmət edir.
Qlobal istiləşmə, səhralaşma dövründə ən azı belə bir gəlirli layihənin həyata keçirilməməsi az da olsa təbiəti sevən insanlarda gələcəyə bir ümid yaradır. Amerika qitəsinin həqiqi sakinləri olan qırmızıdərililərin deyimi ilə desək,“son çay quruyanda, son ağac yox olanda, son balıq tutulanda ağ adamlar pulun yeyilmədiyini anlayacaqlar...”.
Ləman Bağdad
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


