Ağ Evin mətbuat katibi qanunu pozub - KİV

   Ağ Evin mətbuat katibi qanunu pozub -    KİV
  13 İyun 2023    Oxunub:841
Ağ Evin mətbuat katibi Karin Jan-Pier dövlət qulluqçularına vəzifədə olarkən partiya siyasəti irəli sürməyi və ya seçki nəticələrinə təsir etməyi qadağan edən "Hetç" qanununu pozub.
Bu barədə “The Washington Post” "Hatch Act Unit"ə istinadən yazır. Söhbət ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Amerikanı yenidən möhtəşəm etmək” (Make America Great Again) kampaniya şüarının adını daşıyan “meqa MAGA Respublikaçılar” ifadəsindən gedir.

Nəşr bildirir ki, 2022-ci ilin yayında keçiriləcək aralıq seçkiləri ərəfəsində qanuna tabe olmayan ABŞ prezidenti Co Bayden Trampla əlaqəli Respublikaçılar partiyasının tərəfdarlarını işarə etmək üçün “MAGA Respublikaçılar” ifadəsini işlətməyə başlayıb.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Tramp prezidentlik uğrunda namizədliyini verəcəyini açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden də aprel ayında ikinci müddətə namizədliyini irəli sürdüyünü rəsmən elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tramp  



Xəbər lenti