"Onlara deyirdim ki, mənim səhvlərimi etməyin" - DİM sədrinin qızları ilə bağlı xatirələri

   "Onlara deyirdim ki, mənim səhvlərimi etməyin" -    DİM sədrinin qızları ilə bağlı xatirələri
  13 İyun 2023    Oxunub:1056
"Qızlarım Nərgizi və Nigarı eyni tərzdə, eyni qaydalara uyğun böyüdürdüm". AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Nərgiz artıq özü anadır və 3 uşağı var. Ehtiyacı olanda hansısa məsləhəti verirəm. Aramızda sözə baxmaq məsələsi yoxdur. Elə şeylər var ki, mən Nərgizdən öyrənirəm. Yaxşı hüquqşünasdır.
Məleykə Abbaszadə sevdiyi müğənnilərdən danışdı: Zülfiyyə, Brilliant..."


Qızlarıma həmişə deyirdim ki, səhv də bir təcrübədir və çalışın ki, mənim səhvlərimi etməyin. Nərgiz isə bildirirdi ki, insan özü səhv edəndə daha maraqlı alınır.

Onlar balaca olanda babaları, yazıçı Hüseyn Abbaszadə barələrində kitab yazmışdı.1983-cü ildə çap edilən "Nigarın və nərgizin nağılları" adlı kitabda özü müşayiət etdiklərini və ya mənim dediklərimi qələmə almışdı.

Uşaqlar 2 yaş yarım olanda fevralda öz ad günümü keçirirdim. Gələn qonaqlardan biri mənə Nərgizgülü gətirmişdi. Övladım Nərgiz gülünü görüb sevindi və dedi: "mənim gülümü gətirdilər". Mən də razılaşıb, gülü ona verdim. Nigar isə dəhlizdə dayanıb, ağlayırdı. Səbəbini soruşanda dedi ki, "mənim adıma niyə gül yoxdur?". Ona izah etdim ki, "qızım, sənin adına gül yoxdur". Amma Nigar heç cür razılaşmırdı. Qonaqlar isə məni gözləyirdi. Əlacsız qalıb otaqdan qərənfili gətirib Nigara verdim və dedim ki, "bu, sənin gülündür". O, isə etiraz edib: "Mənə elə adı vermisiniz ki, ona uyğun gül də yoxdur, amma Nərgizin adına var", - deyib ağlayırdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:  



Xəbər lenti