“Ələt Eko Parkı"nın açılışı olub
“Ələt Eko Park”-ı Şəhid Eduard İmanov küçəsi 23 ünvanında yerləşir. Parkın ərazisi 1176 kvadrat metrdir. Burada bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onların sistematik idmanla məşğul olmaları üçün futbol meydançası, müxtəlif idman qurğuları, oyun meydançaları salınıb. Ərazinin işıqlandırılması üçün 10 ədəd günəş panelli quraşdırılıb, 2 ədəd söhbətgah inşa edilir.
Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilənib. Parka qazon, tamet daşı vurulub, yeni bardür inşa olunub və 162 metr uzunluğunda velosiped zolağı salınıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib.
Qaradağ RİH-nin dəstəyi ilə hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib.
Parkın açılışında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


