Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub
  16 İyun 2023    Oxunub:1087
Quba-Xınalıq avtomobil yolunda təxirəsalınmaz tədbirlər nəticəsində təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.
AzVision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, güclü yağış nəticəsində yaranmış sel suları avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.

Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

AzVision.az


Teqlər:



Xəbər lenti