Maşın aşdı, sürücü öldü

   Maşın aşdı,    sürücü öldü
  16 İyun 2023    Oxunub:1061
Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, qəsəbə sakini Həbib Mehdiyevin idarə etdiyi “İnfiniti FX” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü H.Mehdiyev hadisə yerində ölüb, sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti