Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub
  17 İyun 2023    Oxunub:919
Yaponiyanın şimalında 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Hokkaydo adasının cənub sahillərində, ocaq isə okeanın dibinin təxminən 20 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

AzVision.az



Teqlər: Zəlzələ  



Xəbər lenti