"Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri növbəti yalandır"

  "Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri növbəti yalandır"
  18 İyun 2023    Oxunub:901
İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Şəmşəddin rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil.
Bu barədə AzVision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti