Dam örtüyünü təmir edərkən yıxıldı - VIDEO

 Dam örtüyünü təmir edərkən yıxıldı -  VIDEO
  18 İyun 2023    Oxunub:1567
Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaş köməksiz vəziyyətdə qalıb.
Bu barədə AzVision.az - a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.



AzVision.az


Teqlər:



Xəbər lenti