BMT-nin Ali Komissarı Azərbaycana təşəkkür etdi

BMT-nin Ali Komissarı Azərbaycana təşəkkür etdi
  19 İyun 2023    Oxunub:831
Dünyada 35 milyon insan qaçqınlıq həyatı yaşayır və məhrumiyyətlərlə üzləşir. Azərbaycan vətəndaşları bu həyatı yaşayan xalq kimi müharibədən, zorakılıqdan əziyyət çətən insanları anlayır. Qaçqınların ən böyük arzusu öz evlərinə qayıtmaqdır.
Bu sözləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi xanım Bik Lum iyunun 19-da Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Bik Lum bildirib ki, ölkəsindən ayrı düşən insanlara xoş münasibət, onların qayğısına qalmaq humanistliyi əks etdirir. Qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) digər layihələrlə bərabər, minalara qarşı maarifləndirmə layihələrini də maliyyələşdirir.

BMT QAK vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq təşkilatlarla əməkdaşlıq edir, bu və ya digər məsələlərdə Azərbaycana dəstək göstərir. “Azərbaycan hökuməti də öz növbəsində bizim təşkilatla səmərəli əməkdaşlıq edir. Buna görə təşəkkürümüzü bildiririk. Biz qaçqınların hüquqların müdafiəsi məsələsində də əməkdaşlıq etməyə hazırıq”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti