MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

      MN:    Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır
  20 İyun 2023    Oxunub:1068
İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.
Bu barədə AzVision.az - a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti