Sabiq deputat vəfat etdi

   Sabiq deputat vəfat etdi
  20 İyun 2023    Oxunub:1361
Milli Məclisin keçmiş deputatı Akif Şahbazov vəfat edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, o, 65 yaşında Bakı şəhərində dünyasını dəyişib.

Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Akif Rəhim oğlu Şahbazov 15 dekabr 1957-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
AzVision.az


Teqlər: Deputat  



Xəbər lenti