Deputat antibiotiklərlə bağlı xəbərdarlıq etdi

   Deputat antibiotiklərlə bağlı xəbərdarlıq etdi
  20 İyun 2023    Oxunub:773
“Antibiotiklərin satılması reseptlə olmalıdır. Azərbaycanda bununla bağlı qanun var, amma riayət olunmur. Antibiotiklərin reseptsiz istifadəsi ciddi nəticələrə, ağırlaşmalara gətirib çıxarır. Xüsusən uşaqlara həkim məsləhəti olmadan antibiotiklərin verilməsinin ağır fəsadları olur. Səhiyyə qurumları bununla ciddi məşğul olmalıdırlar”.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iyunun 20-də keçirilən iclasında deyib. Komitə sədri, həmçinin bildirib ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər bir çox məsələləri aradan qaldıracaq.

“Lakin müəyyən sadələşmələr gərək keyfiyyətə mənfi təsir etməsin. Əvvəl gətirilən dərman vasitələri aylarla gözlədilirdi, indi isə sənədləşmə işləri bir neçə gün çəkəcək. İdxalçı şirkətlər bundan istifadə edib ölkəyə keyfiyyətsiz dərmanlar gətirməməlidir”.

AzVision.az


Teqlər:



Xəbər lenti