Əksər rayonlarda su məhdudiyyətlərlə veriləcək

Əksər rayonlarda su məhdudiyyətlərlə veriləcək
  20 İyun 2023    Oxunub:903
Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.
Dövlət Su Ehtiyatları Agentliyindən AzVision.az -a bildirilib ki, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti