İsrail "Hizbullah"ın Cenini alır: 20 ilin ən böyük əməliyyatı keçirilir

      İsrail "Hizbullah"ın Cenini alır:    20 ilin ən böyük əməliyyatı keçirilir
  20 İyun 2023    Oxunub:1840
İsrailin müdafiə ordusu ikinci intifada (2000-2005-ci illərdə fələstinli ərəblərin İordan çayının Qərb sahilindəki Qəzza bölgəsində İsrail hakmiyyətinə qarşı silahlı üsyanı) dövründən bəri ilk dəfə olaraq Fələstinin Cenin rayonunda ən böyük miqyaslı hərbi əməliyyat keçirib.
AzVision.az bildirir ki, İsrailin “Ynet” saytının hərbi ekspertə istinadən verdiyi xəbərdə əməliyyatın İsrail ordusuna məxsus zirehli maşının minaya düşərək partlaması və 5 hərbçinin yaralanmasına cavab olaraq keçirildiyi vurğulanır.

Bu terror aktını törədənləri tutmaq üçün İsrailin müdafiə ordusu iyunun 19-da gecə Fələstinin Cenin və Burkin şəhərlərində hərbi əməliyyatlara başlayıb. Səhər saatlarında da davam edən əməliyyat zamanı havaya qaldırılan helikopterlərdən zərbələr endirilib. Əməliyyat çərçivəsində terrorçuluq fəaliyyətində şübhəli bilinən iki nəfərin tutlduğu və onlardan birinin hazırda İsrail həbsxanasında saxlanılan “HƏMAS” fəalının oğlu Ətasamə Əbu Əlhiyyanın olduğu deyilir.

Fələstin Səhiyyə nazirliyinin verdiyi məlumata görə, hərbi əməliyyat zamanı 5 yerli sakin həlak olub. Vəziyyəti ağır qiymətləndirilən 10 nəfər də daxil olmaqla, 90 adam isə yaralanıb. Ölənlərin arasında “İslam cihadı” təşkilatının, “Əl-Aksanın əzabkeşləri briqadası (FƏTF)”nın və daha bir qruplaşmanın üzvünün adları çəkilir. Yaralılar arsında Fələstin administarsiyasının təhülkəsizlik xidmətinin zabiti Tamir Neyrət də var. Bundan əlavə, İsrail helikoperinin endirdiyi raket zərbəsi nəticəsində Əl-Cəbariət rayounda yerləşən evdə insanların yaralandığı bildirilir.

Fələstin mənbələri Cenində İsrail ordusuna məxsus texnikanın partladıldığını bildirirlər. İsrail tərəfi SAXAL-ın Fələstin ərazilərindən geri çəkilməsi nəzərdə tutulan yolda kalssik pusqu qurulduğunu düşünür: ərazidən çıxan kolonun qarşısında mina partladılır və yolu kəsilən əsgərlər bütün istiqamətlərdən atəşə tutulur.

Yeri gəlmişkən, SAXAL hücum helikopterlərindən məhz əməliyyat zonasında yaralanmış əsgərlərin çıxarılmasında yerüstü qüvvələrə dəstək vermək üçün istifadə edildiyini açqılayıb. Bu son 20 ildə “Apache” hücum helikopterlərindən və ümumiyyətlə döyüş aviasiyasından İordan çayının Qərb sahilində istifadə olunması nümunəsidir. Cenin şəhərində aparılan anti-terror əməliyyatı zamanı İsrail ordusu ilə müxtəlif qruplaşmalardan olan yaraqlılar arasında atışmalar baş verib. Hərbi əməliyyatda SAXAL-ın iki və İsrailin Sərhəd xidmətinin beş əsgəri yaralanıb ki, onlardan da üçünün vəziyyəti ağırdır.
Əksər analitiklər və hərbi ekspertlər Cenində yaşanan hadisələrlə bağlı bir neçə məqama xüsusi diqqət yetirirlər.

Birincisi, son 20 ildə İsrailin İordan çayının Qərb sahilində ilk dəfə hücum helikopterlərindən istifadə etməsi və hava zərbələri endirməsi hadisələrin çox təhlükəli məcraya yönələ biləcəyi ehtimalını artırır.

İkncisi, güclü minalara və böyük həcmdə partlayıcı maddələrə çıxış almış yaraqlıların İranın nəhəng satelliti olan “Hizbulla” Livan hərbi-siyasi təşkilatının modeli üzrə fəliyyət göstərməsi bir sıra pərdəarxası məqamlardan xəbər verir. Bu baxımdan, hərbi toqquşmaların məhz “Hizbulla”nın ciddi mövqelərə sahib olduğu Cenin və Nablus (Şhem) ərazilərində baş verməsi təsadüfi deyil.

Üçüncüsü
, İsrailin hərbi kəşfiyyat idarəsi (AMAH) İranın nəzarəti altında olan Fələstindəki “İslam cihadı” təşkilatının gücləndiyi “qaynar nöqtələr”də Fələstin muxtariyyəti rəhbərliyinin nəzarəti itirdiyini vurğulayır.

Sadalanan məqamlar İranın Yaxın Şərqdəki destruktiv siyasətinin qarşısının alınması zərurətini aktuallaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail  



Xəbər lenti