Gizli sənəd: Ermənistan Mehrininin əvəzində Azərbaycandan nə istəyirdi?

    Gizli sənəd:    Ermənistan Mehrininin əvəzində Azərbaycandan nə istəyirdi?
  20 İyun 2023    Oxunub:1838
"Ermənistan 1999-cu ildə Mehrinin "DQMV" müqabilində Azərbaycana verilməsini müzakirə edib".
Bunu Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında deyib.

"ATƏT-in İstanbul Sammiti (1999-cu il - red.) zamanı daha bir sənəd dövriyyədə idi. Bu, ərazilərin mübadiləsi ilə bağlı sənəd idi", - Paşinyan bildirib.
"Ağdamı verib, Hadrutu almaq istəyirdik" - Azərbaycanın qəbul etmədiyi təklif


Paşinyanın sözlərinə görə, sammitdə onlar nə ərazi bütövlüyünə, nə də öz müqəddəratını təyinetmə hüququna istinad etməyiblər. Çünki diplomatik ictimaiyyət danışıqlar masasında nizamlama sənədinin olduğunu bilirdi.

"Sənəddə qeyd olunurdu ki, 1988-ci il sərhədləri daxilində "DQMV", Şuşa və Laçın rayonları Ermənistana, Mehri rayonu isə Azərbaycana verilir.

İkinci bənd Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Goranboyun Azərbaycana verilməsini nəzərdə tuturdu. Bundan əlavə, sovet dövründə mövcud olan anklavlar onları əhatə edən ölkələrə verilməli idi. Ermənistan 60 gün ərzində Mehridən qoşunlarını çıxarmalı və bu ərazidə münaqişə zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları yaşamalı idi".

Bu razılaşma 2001-ci ildə Ki-Uest sənədəinə çevrildi. Həmin sənədə görə isə, Laçın dəhlizinin qarşılığında Azərbaycana eksərazi statuslu dəhlizin verilməsi nəzərdə tutulurdu.

Onun sözlərinə görə, bu proses 1999-cu ilin avqust-noyabr aylarında baş verib.

"Ancaq sənədi qəbul etmədilər. Belə bir fikir var ki, Karen Dəmirçyan və Vazgen Sarkisyan canları bahasına onun imzalanmasına mane olublar”, - Paşinyan bildirib.

Он отметил, что этот документ "вылился" в 2001 году в Ки-уэстский документ, который предполагал предоставление Азербайджану экстерриториального коридора в обмен на Лачинский.

Eyni zamanda, baş nazirin sözlərinə görə, bütün bunlar müxtəlif illərdə sızmalarla üzə çıxdığından, o, bu məlumatı yavaş-yavaş toplayıb.

Qeyd: DQMV- Qarabağ bölgəsində 1923–1991-ci illərdə Qarabağda mövcud olmuş inzibati ərazi vahidi. Ora Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa və Xankəndi daxil idi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Xankəndi   Şuşa   Azərbaycan  



Xəbər lenti