Diqqət: İrandan ölkəmizə təhlükəli qabyuyan maye gətirilir - Video

     Diqqət:    İrandan ölkəmizə təhlükəli qabyuyan maye gətirilir -    Video
  21 İyun 2023    Oxunub:2149
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə ölkəmizə İran İslam Respublikasından qeyri-qanuni yollarla, insan orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib.
O, qaçaq yol ilə idxal edilən bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə biləcəyini qeyd edib. Ekspert qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəli olduğunu qeyd edib.

Həmçinin ekspert, adıçəkilən qabyuyan mayenin Bakıda, Sumqayıtda, Cənub Bölgəsində, Şimal Bölgəsində və Astarada toptansatış nöqtələrində satıldığını da bildirib.

Bu məhsul Eyyub Hüseynovun verdiyi məlumata görə, insanlarının sağlamlığı ilə bərabər ətraf mühit üçün də olduqca təhlükəlidir.

Belə ki, məişət sularına qarışdıqdan sonra təbiətə axıdılarkən ekologiyaya da ciddi zərər verə bilər. Bu halla bağlı ekspert dövlət qurumları və ictimaiyyətə videomüraciət də ünvanlayıb.


AzVision.az


Teqlər: İran  



Xəbər lenti