Bayram namazının vaxtı açıqlanıb

   Bayram namazının vaxtı açıqlanıb
  22 İyun 2023    Oxunub:1363
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva imzalayıb. Fətvaya əsasən, iyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaqdır.

Qeyd edək ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə iyunun 28-nə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq üç gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti