"Müəllimlər artımları bu il alacaq" - Direktor

   "Müəllimlər artımları bu il alacaq" -    Direktor
  24 İyun 2023    Oxunub:747
"Builki sertifikatlaşma nəticələrinə müvafiq olaraq müəllimlərə artımlar ödəniləcək".
AzVision.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Prezident İlham Əliyevin ötən il imzaladığı fərmana müvafiq olaraq, təhsilverənlərin sertifikatlaşması prosesindən uğurla keçən müəllimlərin əməkhaqqına əlavələr şamil olunur.

Direktorun sözlərinə görə, 30-50 bal arası nəticə toplamış müəllimlərin əməkhaqqına hər ay 10% lik əlavələr ödənilir:

"Ötən ilki nəticələrə müvafiq olaraq, sentyabr ayından etibarən 5 min 600 dan çox müəllim hər ay əməkhaqqına 10%-lik əlavə pul alır. 51 bal və daha yüksək nəticə toplamış müəllimlər isə hər ay əməkhaqqına 35%-lik əlavələr alır və bu müəllimlərimizin sayı sentyabrdan bəri 3 min 100 dən çoxdur".

AzVision.az


Teqlər: Müəllim   İmtahan  



Xəbər lenti