Ordunun zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib

Ordunun zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib
  25 İyun 2023    Oxunub:970
2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.

Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.

AzVision.az



Teqlər: Tank  



Xəbər lenti