Anası narkoman olan azyaşlı uşaq evinə verildi

Anası narkoman olan azyaşlı uşaq evinə verildi
  25 İyun 2023    Oxunub:1483
Sabunçu rayonunda baş verən məişət zorakılığı faktı ilə bağlı Dövlət Komitəsinə daxil olmuş məlumat araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yaxın qohumu tərəfindən qadına qarşı məişət zorakılığı faktı barədə komitəyə daxil olan məlumat baxılması və müvafiq tədbirlər görülməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupuna göndərilib.

Araşdırma nəticəsində zərərçəkən qadın qısamüddətli mühafizə orderi ilə təmin edilib, həmçinin azyaşlı uşağının əlindən alınaraq qeyri-müəyyən ünvanda saxlanıldığı nəzərə alınaraq uşaq oğurluğu faktı barədə axtarış elan olunub.

25 iyun 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon Polis İdarəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib və problemin həlli istiqamətində məsələlələr müzakirə edilib.

Azyaşlının üzərində atalıq faktının təsdiq edilmədiyi, eyni zamanda ananın narkotik istifadəçisi olduğu müəyyən edildiyi üçün azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının və Sabunçu RİH-in başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələrinin iştirakı ilə Körpələr Evinə yerləşdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti