Bakıda əməkhaqqı 1 200 manata yaxınlaşır

Bakıda əməkhaqqı 1 200 manata yaxınlaşır
  26 İyun 2023    Oxunub:866
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib.
Bu barədə AzVision.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir. Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti