Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb

 Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb
  27 İyun 2023    Oxunub:1546
Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.

Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.

AzVision.az



Teqlər: ABŞ   XİN  



Xəbər lenti