Ermənilər Ağdamda hərbçimizi yaralayıblar

   Ermənilər Ağdamda hərbçimizi yaralayıblar
  27 İyun 2023    Oxunub:1227
İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

AzVision.az



Teqlər: Ağdam   Hərbi-Qulluqçu  



Xəbər lenti