11 yaşlı uşağın ayağı amputasiya olunub

11 yaşlı uşağın ayağı amputasiya olunub
  28 İyun 2023    Oxunub:973
Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Abbasov Şahin Samir oğlunun ayağının üzərindən keçib.

Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ ayağın bud nahiyəsinin natamam amputasiyası diaqnozu qoyulub. Azyaşlı əməliyyat olunub və ayağı amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.(Report)


Teqlər:



Xəbər lenti