Kəlbəcərdə qəzaya düşüb boynu sındı

   Kəlbəcərdə qəzaya düşüb boynu sındı
  30 İyun 2023    Oxunub:1266
Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Vəliyev Məhəmməd Əmiraslan oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

AzVision.az



Teqlər:



Xəbər lenti