Sabah 20 Yanvar dairəsində hərəkət məhdudlaşdırılacaq

   Sabah 20 Yanvar dairəsində hərəkət məhdudlaşdırılacaq
  30 İyun 2023    Oxunub:1254
Sabah, iyulun 1-də saat 09:30-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az - a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti