MKİ direktoru Ukraynaya gizli səfər edib

   MKİ direktoru Ukraynaya gizli səfər edib
  01 İyul 2023    Oxunub:1098
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns iyunun əvvəlində gizli şəkildə Ukraynaya səfər edib. Ona Ukrayna ərazilərinin işğalçılardan azad edilməsi planları təqdim edilib.
Bu barədə “The Washington Post” məlumat yayıb. Nəşrin mənbələrinə görə, Bernsin səfəri məxfi olub. Səfər zamanı o, prezident Volodimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək rütbəli rəsmiləri ilə görüşüb.

Nəşr qeyd edib ki, səfərin məqsədi ABŞ-ın Rusiyaya qarşı mübarizədə Ukraynaya kömək edəcək kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini təsdiqləmək olub.

AzVision.az


Teqlər:



Xəbər lenti