Şəkidə maşın ağaca çırpılıb, 2 nəfər ölüb

    Şəkidə maşın ağaca çırpılıb,    2 nəfər ölüb
  02 İyul 2023    Oxunub:1331
Bu gün Şəkidə hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***
Şəkidə baş verən ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan 4 yaşlı qız da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.( Qafqazinfo)


Teqlər:



Xəbər lenti